Dünya

İstanbulda polis məntəqəsinə silahlı hücum - YENİLƏNİB

30 Yanvar 2015 19:50
0 Şərh     Baxış: 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Taksim meydanına təhlükəsizlik qüvvələrinin əməkdaşları cəlb olunub


19:50


İstanbulda bir qadın polisləri atəşə tutub.

Anspress-in məlumatına görə, şəhərin Taksim meydanında qadın avtomatdan polis avtomobilini atəşə tutub. Silahlı hücum nəticəsində heç kim zərər çəkməyib.

Hücum edən qadın hadisə yerindən qaça bilib. Hazırda onun axtarışı davam etdirilir.

Hazırda hüquq-mühafizə orqan əməkdaşları hücum edənin şəxsiyyətini müəyyən etməklə məşğuldur.

Hadisə ilə bağlı Taksim meydanına xeyli sayda təhlükəsizlik qüvvələrinin əməkdaşları cəlb olunub.

---------
18:36


İstanbulun mərkəzində naməlum qadın polis məntəqəsinə silahlı hücum edib.
 

Milli.Az bildirir ki, Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, hücum nəticəsində heç kəs xəsarət almayıb.
 

Hücum edən şəxs cinayət yerindən qaça bilib. Hazırda onun axtarışı aparılır.

Milli.Az
 
---------
19:50

Böyütmək üçün şəkillərə klikləyin.
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.