Dünya

Canlı yayımda şok: studiyaya tapança ilə soxuldu - VİDEO - FOTO

30 Yanvar 2015 09:48
0 Şərh     Baxış: 15 990
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollandiyada yerli telekanallardan birinin studiyasına soxulan silahlı şəxs həbs olunub.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, insident Hollandiyanın şimalındakı Hilversyum şəhərindəki NPO1 ictimai telekanalının redaksiyasında baş verib. Dünən axşam yerli vaxtla saat 20 radələrində studiyaya yaxşı geyinmiş gənc kişi daxil olub.

O, qəflətən səsboğuculu tapança çıxararaq efir vaxtı tələb edib.
 

Telekanal verilişlərinin translyasiyasını dayandırıb, mühafizə xidməti bütün əməkdaşları təcili təxliyyə edib. Olay yaşanan zaman studiyada 80 nəfər vardı.

Hadisə yerinə çağırılmış polis bir atəş açmadan tapançalı şəxsi həbs edib.
 

Onun adı hələlik açıqlanmır.

Telekanalın fəaliyyəti bərpa olunandan sonra insidentin videoyazısı yayılıb. Əynində qara kostyum, ağ köynək və qara qalstuk olan şəxs deyib: "İndi danışmaq istədiyim məsələlər dünya əhəmiyyətlidir. Kəşfiyyat qurumlarına çalışırıq və çağdaş cəmiyyəti şübhə altına alan məsələlər öyrənmişik. İndi həmin məsələləri faş edəcəyik".
 

Telekanal rəhbərliyi bildirib ki, bu şəxs mühafizəçilərdən birini tapança ilə hədələyəndən sonra onun binanın yuxarı mərtəbəsində yerləşən redaksiyaya ötürülməsini istəyib.

Onun əlindəki tapança da maket imiş.
 

Polis bu adamı yaxalayanda o, "mənə televiziyada danışmaq imkanı verməsəniz, ölkənin müxtəlif yerlərinə qoyduğum bombaları partladacağam" deyib. Bu şəxsin mütəşəkkil terrorizmlə bağlı olduğu güman edilmir.
 

Tutulan şəxs Haaqa yaxınlığındakı Peynakker şəhərində yerləşən Texniki İnstitutun 19 yaşlı tələbəsidir.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün şəklə klikləyin.
фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.