Dünya

Rusiyaya ağır zərbə - YENİLƏNİB

28 Yanvar 2015 23:48
0 Şərh     Baxış: 3 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
23:48

"Rusiya nümayəndə heyəti 2015-ci il boyu AŞ PA-nı boykot edir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Vladimir Puskov deyib.

O bildirib ki, rusiyalı parlamentarlar üçün səs hüququnun aprel və ya iyuna qədər dondurulması arasında heç bir fərq yoxdu: "Biz bütünlükdə 2015-ci il boyu AŞPA-nın işini boykot edirik".

V. Puskov saxlanılmış ukraynalı deputat Nadia Savçenkonun dərhal azad edilməsi ilə bağlı AŞPA-nın çağırışının da heç bir əsası olmadığını deyib: "Çünki AŞ PA Rusiya ilə dialoqdan imtina etdi. Bizimlə əməkdaşlıq etməyən qurumun çağırışı heç bir əhəmiyyət kəsb etmir".

--------
23:37

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməsi məsələsinə baxılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu məsələ ilə bağlı qurumun Monitorinq Komitəsindən Stefan Şennaxın məruzəsi, Nizam-İntizam Komitəsindən isə Hans Frankenin hazırladığı xüsusi rəy müzakirə olunub.

Xatırladaq ki, AŞPA-nın ötən ilin aprelində keçirilmiş yaz sessiyasında qurum Rusiya nümayəndə heyətinin səsvermə səlahiyyətlərini 2014-cü ilin sonuna qədər dondurub. Bu sessiya ərzində isə bir qrup parlamentar Rusiyaya qarşı sanksiyanı daha bir il müddətinə uzadılması təklifi ilə çıxış edib.

İclasda Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqi edilməsi ilə bağlı da təkliflər səsləndirilib. Çıxış edən avropalı parlamentarlar Rusiyanın ötən il Krımı işğal etdiyini və bununla da beynəlxalq hüquq normalarını pozduğunu bildiriblər.

İsveçrəli parlamentar Andres Qross isə sərt qərarların heç bir nəticə verməyəcəyini, Rusiya ilə dialoq aparılmasının tərafdarı olduğunu deyib.

Parlamentar Pedro Aqramunt isə Krımda tatarların çox acınacaqlı vəziyyətdə olduğunu qeyd edib, Rusiyanı bu məsələnin həlli üçün addımlar atmağa çağırıb.

Bundan başqa, Assambleya üzvləri Rusiyanı Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Nadiya Savçenkonu dərhal azad etməyə çağırıblar.

Müzakirələrdən sonra Rusiya tərəfinin hesabatla bağlı irəli sürdüyü əlavə və dəyişikliklərin heç biri qəbul olunmayıb. Rusiyaya qarşı olan təkliflərin bir çoxu isə hesabata daxil edilib.

Rusiyanın AŞ PA-dakı nümayəndə heyətinin səsvermə hüququ qurumun aprel sessiyasına qədər dondurulub. Həmçinin Rusiya nümayəndə heyətinin Assambleyanın Daimi Komitəsi və Sədrlər Komitəsindəki iştirakı dayandırılıb.

Qətnamə layihəsi bütünlüklə səsə qoyulub, 160 səs lehinə, 42 səs əleyhinə olmaqla qəbul olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.