Dünya

Serj Sarkisyan Ali Baş Komandan olduğunu biləndə təəccübləndi

28 Yanvar 2015 15:58
0 Şərh     Baxış: 1 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ermənistan Prezidenti Serj Sarkisyanı jurnalistlərin onun həm də Ali Baş Komandan olması barədə iradları əyləndirib.

Bu barədə Trend "Armenia Today" saytına istinadən xəbər verir.

Ordu günü münasibətilə keçirilən tədbirdə jurnalistlər dövlət başçısının Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artmasını necə qiymətləndirməsi ilə maraqlanıblar.

Lakin S.Sarkisyan suala cavab verməmək qərarına gəlib və yalnız bunu deyib: "İndi müdafiə naziri yaxınlaşacaq, suallarınızı ona verin".

S.Sarkisyan jurnalistlərin onun həm də ölkənin Ali Baş Komandanı olması barədə iradlarına gülüb və deyib: "Doğrudan?"

Bundan sonra o, xidməti avtomobilinə əyləşərək gedib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.