Dünya

Məktəbli qız pornoqrafiyaya görə intihar etdi

28 Yanvar 2015 16:52
2 Şərh     Baxış: 3 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiyanın Sankt-Peterburq şəhərində 12 yaşlı qızın ölümü araşdırılır. İlkin məlumatlara görə, mətkəbli qız valideynləri ilə mübahisədən sonra intihar edib.

Onun cəsədi evin qarşısında tapılıb. Qız özünü pəncərədən atıb.
 

Milli.Az LifeNews-a istinadən bildirir ki, olay Sankt-Peterburqun Kalinin rayonunda baş verib.
 

"Valideynləri ilə mübahisə edəndən sonra 12 yaşlı qız otağına girərək qapını arxadan bağlayıb. Sonra isə o, yaşayış binasının 14-cü mərtəbəsində yerləşən mənzillərinin pəncərəsindən atılıb", - şəhər prokurorluğunda bildirilib.
 

İlkin məlumatlara görə, 6-cı sinif şagirdi olan bu qızın noutbukda pornoqrafiyaya baxdığını valideynləri görüblər. Qızın ata və anası ilə söhbəti çox emosional olub.
 

Faciədən sonra valideynlər 12 yaşlı qızın mobil telefonunu araşdırıblar. Onlar qıza sinif yoldaşlarından əxlaqsız mesajlar gəldiyini görüblər.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.