Dünya

İtaliyada 160 mafiya üzvü həbs edildi

28 Yanvar 2015 15:08
0 Şərh     Baxış: 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İtaliyada mafiya ilə əlaqədə ittiham olunan 160 nəfər həbs edilib.

Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.

Çərşənbə günü Apennin yarımadasının şimal vilayətləri olan Emili-Romanye, Lombardiya, Pyemonte, Venetoda polis irimiqyaslı əməliyyatlar keçirib.

Xəbər verildiyi kimi, saxlanılanların hamısı Cənubi Kalabriya vilayətinin "ndranget" mafiyasının nümayəndələridir.

Polis "ndranget"lərin çirkli pulların yuyulduğu qanuni biznesdə iştiraklarını aşkara çıxara bilib. Bundan əlavə, cinayətkar fəaliyyətinin coğrafiyası Almaniyadan Avstraliyaya, eləcə də San-Marino Respublikasına qədər uzanır.

Məxfi adı "Aemiliya" olan əməliyyat cənubdakı Katandzaro və Bolonya şəhərlərinin mafiya ilə mübarizə departamentləri ilə birgə həyata keçirilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.