Dünya

Ərlə arvad övladlarını öldürüb intihar etdilər - FOTO

28 Yanvar 2015 17:25
0 Şərh     Baxış: 5 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ-ın Yuta ştatında ötən ilin payızında bütün üzvləri ölü tapılmış ailə ilə bağlı istintaq başa çatıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, ərlə arvadın "dünyanın sonu"ndan qorxaraq intihar etdikləri bildirilir. Onların böyük qızı valideynlərinə baxaraq böyük miqdarda dərman içərək həyatla vidalaşıb. Ailənin kiçik uşaqlarını isə valideynlər intihar etməzdən əvvəl zəhərləyiblər.
 

Olay Yuta ştatındakı Solt-leyk-siti şəhərində yaşanıb. Bencamin və Kristi Straklar, habelə onların övladları - 14 yaşlı Benson, 12 yaşlı Emeri və 11 yaşlı Sionun cəsədləri evdə aşkarlanmışdı.
 

Sprinqvill şəhərinin polis rəisi Skott Finleyson ailənin ölüm səbəbinin dərman preparatları ilə zəhərlənmə olduğunu təsdiqləyib: "Onların orqanizmlərində heroin, metadon, destrorfan, dimedrol və doksilamin qalıqları aşkarlanıb".
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.