Dünya

Hollivud ulduzunun arvadı ermənilərin müdafiəsinə başladı

28 Yanvar 2015 14:16
1 Şərh     Baxış: 1 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Strasburqda Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçəkin işi üzrə çıxarılmış qərardan İsveçrə hökumətinin verdiyi apellyasiya şikayətinə baxılır.

Anspress-in məlumatına görə, məhkəməyə səbəb isə Doğu Perinçəkin "erməni soyqırımı imperialist yalanıdır" sözləri olub.

Perinçək İsveçrədə 2005-ci ildə bir konfransda bu sözləri deyib. Bu ifadədən sonra o, İsveçrə prokurorluğu tərəfindən irqi ayrı-seçkilikdə ittiham edilərək cəza almışdı.

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) ifadə azadlığı olduğunu əsas gətirərək İsveçrəni haqsız görmüşdü.

Məhkəmə prosesində Türkiyənin Avropa birliyi naziri Egemen Bağış, CHP keçmiş sədri Dəniz Baykal da iştirak edirlər. Avropanın bir çox şəhərindən də türklər Perinçəkə dəstək üçün Strasburqa gəliblər. Prosesdə 17 hakim iştirak edir.

Ermənistan tərəfinin vəkilləri arasında tanınmış Hollivud aktyoru Corc Kluninin həyat yoldaşı vəkil Amal Kluni də var.

Məlumata görə, bu gün məhkəmə heyəti tərəfləri dinləyəcək. Qərar isə bir necə günə veriləcək. Əslində qərarın nə olmasından asılı olmayaraq bu il 1905-ci il hadisələrinin 100 illiyi ilə bağlı böyük mübahisələrə yol açacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.