Dünya

İşgəncələrə qarşı Avropa Komitəsi Ermənistan hakimiyyətini tənqid etdi

28 Yanvar 2015 12:25
0 Şərh     Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İşgəncələr və qeyri-insani və ya alçaldıcı rəftar və cəzaların qarşısının alınması üzrə Avropa Komitəsi 2013-cü ilin aprelində və 2014-cü ilin mayında Ermənistana edilmiş iki son səfərlə bağlı məruzə dərc edib.

Bu barədə Trend çərşənbə günü Avropa Şurasının rəsmi saytına istinadən xəbər verir.

Məruzədə Ermənistanda cəzaçəkmə yerlərində olan şəxslər barəsində polis əməkdaşlarının münasibəti ilə bağlı mövcud problemlər göstərilib. Keçirilən görüşlər zamanı komitə üzvləri tərəfindən məhbusların fiziki və psixoloji zorakılığa məruz qaldıqları, polisin saxlanma və istintaq zamanı güc tətbiq etdiyi aşkar edilib. Dustaqlar ailə üzvlərindən qisas alınacağı ilə hədələyirlər. İşgəncələr zamanı erməni polisi döyülmə, elektroşok və s. kimi metodlara əl atır.

Komitə üzvləri habelə Yerevandakı "Kentron" həbsxanasına da baş çəkiblər və onların xüsusilə ömürlük həbs cəzası çəkən məhbuslar barəsindəki bundan əvvəlki tövsiyələrinə etinasız yanaşıldığını müəyyən ediblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.