Dünya

İranda daha bir edam

28 Yanvar 2015 11:59
0 Şərh     Baxış: 1 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün səhər İranın İsfahan əyalət prokrorluğununun qərarı ilə Qulpayqan şəhərində çoxsaylı oğurluq, silahlı basqın, adam öldürmə kimi cinayətlər törətmiş Mənsur Mirlohi adlı şəxs edam olunub.

Trend-in İranın Fars agentliyinə istinadən verdiyi məlumata görə, 1971-ci il təvəllüdlü Mənsur Mirlohi başqa iki nəfərlə birlikdə 2014-cü ilin dekabr ayında Xumeyn şəhərində oğurluq etdikdən sonra polisə atəş açıb və Qulpayqan şəhərinə qaçıb. Yolda polis və oğrular arasında atışma baş verib. Atışma zamanı 3 polis nəfəri və bir oğru ölüb.

Daha sonra oğrular 7 polis nəfərini yaralayıb və 2 nəfəri də öldürüblər. Bu cinayətləri törətmiş Mənsur Mirlohini həbs edilib. Onun haqqında cinayət işi qaldırılıb və bu gün səhər edam olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.