Dünya

Bu da yeni "İndiana Cons" - FOTO

28 Yanvar 2015 10:07
0 Şərh     Baxış: 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Harrison Fordun davamçısı Kris Prett ola bilər

Disney şirkəti arxeoloq İndiana Consun sərgüzəştlərindən bəhs edən yeni film çəkmək niyyətinə düşüb.

Anspress-in məlumatına görə, bu dəfə filmin əsas qəhrəmanını Kris Prett oynaya bilər. Bu barədə "Deadline" xəbər verir.

Kino şirkətinin Kris Prettə rəsmi təklif etdiyi barədə hələ ki məlumat yoxdur.

Qeyd edək ki, bundan əvvəlki filmlərdə İndiana Cons rolunu Harrison Ford oynayırdı.

Onun ehtimal edilən davamçısı Kris Prett isə Disney-in çəkdiyi "Qalaktika mühafizəçiləri" filmindəki rolu ilə geniş tamaşaçı kütləsinin rəğbətini qazanıb.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.