Dünya

Obama və Merkel Rusiyaya qarşı birləşdilər

28 Yanvar 2015 09:23
0 Şərh     Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya məsuliyyətə cəlb olunsun, Ukraynaya maddi kömək edilsin

ABŞ prezidenti Barak Obama ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Anspress-in məlumatına görə, bu barədə xəbəri New York Times yayıb.

Danışıq zamanı hər iki ölkənin lideri Rusiyanın sülh danışıqlarında əldə olunan razılığa əsasən boynuna götürdüyü öhdəlikləri yerinə yetirmədiyi və qondarma DXR və LXR yaraqlılarını silahlandırdığı üçün məsuliyyətə cəlb olunması fikrində razılığa gəliblər. Bundan əlavə, Obama və Merkel Ukraynaya maddi köməyin davam etdirilməsi barədə də razılaşıblar.

Qeyd edək k, 29 yanvar tarixində Avropa Birliyinin xarici işlər üzrə şurasının iclası olacaq. Güman edilir ki, burada Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi məsələsi də müzakirə ediləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.