Dünya

Nyu-York nəfəsini dərdi

28 Yanvar 2015 09:51
1 Şərh     Baxış: 1 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir qədər əvvəl meteoroloqlar Nyu-Yorkda rekord miqdarda qar yağacağını proqnozlaşdırmışdılar

Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində gözlənilən dəhşətli qar qasırğası təhlükəsi sovuşub.

Anspress-in məlumatına görə, bir qədər əvvəl meteoroloqlar Nyu-Yorkda rekord miqdarda qar yağacağını proqnozlaşdırsalar da bu baş vermədi. Artıq nyuyorklular da yumşaq keçən qarlı havadan həzz almağa başlayıblar.

Məlumata görə, qar daha çox Konnektikut və Massaçusets ştatlarına yağıb. Hər iki ştat ərazisində 50-60 sentimetr hündürlüyündə qar örtüyü müşahidə olunub. Nyu-Yorkda isə qarın qalınlığı 15 santimetri keçməyib.

Vəziyyətlə əlaqədar sürücülərə qarşı tədbiq olunan məhdudiyyətlər də aradan qaldırılıb. Şəhərin əsas ticarət mərkəzləri və iş idarələri də fəaliyyətini bərpa edib. Nyu-York meri Bil de Blazio şəhərdə sosial həyatın tezliklə normal vəziyyətə qayıdacağına söz verib.

Pis hava şəraiti xəbərdarlıqları ilə əlaqədar Nyu-York, Filadelfiya və Bostona olan aviareyslərin 80 faizi təxirə salınmışdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.