Dünya

"Ukraynanın şərqində 12 mindən çox Rusiya əsgəri var"

27 Yanvar 2015 11:18
0 Şərh     Baxış: 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ukraynanın BMT-dəki daimi nümayəndəsi, səfir Yuri Sergeyev Ukraynanın şərqində 12 mindən çox Rusiya əsgərinin olduğunu açıqlayıb.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, səfir BMT Təhlükəsizlik Şurasının Ukraynada yaranmış vəziyyətə həsr olunan iclasında çıxış edərək bildirib ki, bu rəqəm çoxsaylı müstəqil müşahidəçilər və beynəlxalq təşkilatların Ukraynadakı missiyaları tərəfindən təsdiqlənib: "Ötən dəfə biz bu zalda Ukraynada 9 min Rusiya əsgərinin olduğunu söyləmişdik, indi isə bu rəqəm 12 mindir. Onların sərəncamında 235 tank, 720 zirehli texnika, 263 artilleriya sistemləri var. Rusiya tərəfinin buna hər hansı izahat verməsi yaxşı olardı. Onlar Ukraynanın suveren ərazisində nə edirlər? Bu qüvvələr dərhal çıxarılarsa, problemi həll etmək xeyli asan olardı".

Y. Sergeyev qeyd edib ki, Rusiyanın BMT-dəki nümayəndəsi bu məsələdən danışmaq əvəzinə, "çevriliş", "Bandera", "faşistlər", "rusdillilərin hüquqlarını pozulması", "antisemitizm" nağıllarını təkrarlamağa davam edir. O, Rusiya səfirinin bir dəfə də olsun Volnovaxa və Mariupolda ölən dinc sakinlərlə bağlı başsağlığı vermədiyini vurğulayıb: "Mən bir daha Rusiya Federasiyasını söz oyununa son qoymağa çağırıram. Sizin Ukraynaya qarşı birbaşa və dolayı təcavüzünüzə dair bizdə çoxsaylı sübutlar var".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.