Dünya

Sərdar Ortac evdar olub

27 Yanvar 2015 10:23
0 Şərh     Baxış: 1 203
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mən artıq evdar kişi olmuşam"

Türkiyəli məşhur müğənni Sərdar Ortaç maraqlı açıqlama verib.

Anspress-in məlumatına görə, sevilən türk müğənni Sərdar Ortaç həyat yoldaşı Xlo Loqanın yarış proqramlarından birində münsif olmasından sonra ev işlərini özünün gördüyünü bildirib.

"Mən artıq evdar kişi olmuşam. Yeməkləri köməkçilərim hazırlayırlar. Mətbəxdə o qədər də bacarıqlı olmadığım üçün sadəcə yeməyi isidərək süfrəyə qoymağı bacarıram. Neyləməli, həyat müştərəkdir", - deyə S.Ordaç sözlərinə əlavə edib.

O, həyat yoldaşının münsif heyətində əyləşməsini xoş qarşıladığını və buna görə qürur hissi keçirdiyini də gizlətməyib.

Türkiyə mətbuatı isə müğənninin artıq evdə oturduğunu, xanımının pul qazanıb gətirdiyini yazıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.