Dünya

Mixalkov Dağlıq Qarabağ haqda film çəkəcək

27 Yanvar 2015 09:47
0 Şərh     Baxış: 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"40 min erməni İrandan əsirlikdən çıxarılaraq Qarabağa yerləşdirilib"

Rusiyalı rejissor Nikita Mixalkov Aleksandr Qriboyedov haqda çoxseriyalı televiziya filmini çəkməyə hazırlaşır.

Anspress-in məlumatına görə, bu haqda o, Rusiya mətbuatına müsahibəsində bildirib.

"Biz sübut etdik ki, Qriboyedovun qətli müsəlmanlarla bağlı deyil, bu, ingilislər tərəfindən planlaşdırılmış soyuq qətldir. Qriboyedov onlara İpək yolunda mane olurdu", - deyə Mixalkov qeyd edib.

Onun sözlərinə görə, o vaxt filmi Dağlıq Qarabağdakı hadisələrə görə çəkməyi bacarmayıb.

"Biz onda Qarabağa görə filmi çəkə bilmirdik. Onda orada müharibə gedirdi və bizim üçün sadəcə bu mümkün deyildi", - o deyib.

Mixalkov xatırladıb ki, Qriboyedov Qarabağa erməni ailələrini məskunlaşdırıb, 40 min erməni İrandan əsirlikdən çıxarılaraq Qarabağa yerləşdirilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.