Dünya

ABŞ-da güclü qar səbəbindən minlərlə aviareys təxirə salındı

26 Yanvar 2015 16:45
0 Şərh     Baxış: 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ-da şərq sahillərinə yaxınlaşan güclü qar çovğunu ilə əlaqədar 3,5 mindən artıq təyyarə reysi təxirə salınıb.

Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

ABC telekanalının "FlightAware.com" saytına istinadən verdiyi məlumata görə, bazar ertəsi yerli vaxtla səhər saat 05 radələrinə olan vəziyyət üzrə iki minə yaxın uçuş təxirə salınıb. Bundan əlavə, çərşənbə axşamına daha 1672 reys ləğv edilib. Çovğunun bazar ertəsi axşam saatlarında daha da güclənəcəyi gözlənilir.

Ağ Evin rəsmisi Coş Ernest deyib ki, hazırda Hindistanda səfərdə olan ABŞ prezidenti Barak Obama yaxınlaşmaqda olan qar çovğunu barədə məlumatlandırılıb. O da bildirilib ki, dövlət başçısının administrasiyası yağan güclü qarın yaratdığı problemlərin aradan qaldırılması üçün qüvvələrin səfərbər edilməsi məqsədilə yerli hakimiyyətlərlə əlaqə saxlayır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.