Dünya

İrəvan "qaynayır" - YENİLƏNİB

26 Yanvar 2015 15:34
0 Şərh     Baxış: 1 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda kiçik və orta bizneslə məşğul olan şəxslər hökumətin binası qarşısında etiraz aksiyası keçirirlər


15:34

Trend-in Ermənistan mətbuatına istiandən verdiyi məlumata görə, aksiya iştirakçıları vergi qanunvericiliyindəki dəyişikliklərə etiraz edir, həmçinin fevralın 1-dən qüvvəyə minəcək "Dövriyyədən vergi haqqında" qanuna dəyişiklikləri boykot edirlər.

Aksiya iştirakçılarının qarşısına respublika hökumətinin Vətəndaşların qəbulu və ərizələrə baxılması idarəsinin rəisi Aleksandr Kazaryan çıxıb. O, Baş nazir Ovik Abramyanla görüşmək üçün 10 nəfərdən ibarət qrupun yaradılmasını təklif edib. Ancaq aksiya iştirakçıları vergi qanunvericiliyinə dəyişiklikləri ləğv etməyi tələb edirlər.

Qeyd edək ki, 2014-cü ilin noyabrında Ermənistan parlamenti "Dövriyyədən vergi haqqında" qanuna dəyişikliklərin layihəsini birinci oxunuşda qəbul edib. Həmin dəyişikliklərə əsasən, ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərinə tətbiq edilən dövriyyədən verginin payı 3,5 faizdən bir faizə qədər azaldılacaq, ancaq sənəd dövriyyəsi məcburi şərt olacaq.

---------
14:45

Ermənistanda vəziyyət yenidən qarışıb. Hakimiyyət Gümrüdə baş verən faciədən sonra əhalinin baş qaldıran narazılığına son qoymamış, yeni etiraz dalğası ilə üz-üzə qalıb.

Anspress-in məlumatına görə, bu gün İrəvanda, eləcə də ölkə ərazisində fəaliyyət göstərən ticarətçilər etiraz aksiyasına başlayıblar. Yüzlərlə insan İrəvanda hökumət binası qarşısına toplaşaraq hakimiyyətin istefasını tələb edirlər.

Onlar həmçinin ölkədə ticarətçilərə qarşı davam edən repressiyalara son qoyulmasını, insanların həyat səviyyəsinin yüksəldilməsi üçün əlavə tədbirlərin görülməsini tələb edirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.