Dünya

Türkiyədə Facebook qadağası

26 Yanvar 2015 10:48
0 Şərh     Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ankara məhkəməsinin qərarı ilə Türkiyədə Facebook sosial şəbəkəsinə giriş qismən məhdudlaşdırılacaq.

Bu barədə Trend bazar ertəsi "Milliyet" qəzetinə istinadən xəbər verir.

Bundan əlavə, Türkiyədə həmin sosial şəbəkənin islama nifrəti təbliğ edən və islamın dəyərlərini təhqir edən bəzi akkauntlarından istifadə də məhdudlaşdırılacaq.

Yanvarın 14-də məlumat verilmişdi ki, Türkiyədə bir sıra sosial şəbəkələrə, o cümlədən "Twitter" və "Facebook"a girişin qadağan edilməsi gözlənilir.

Bu, ötən il Adanada Türkiyə kəşfiyyatının (MİT) yük maşınlarının saxlanılması haqqında bir sıra materialların internetdə yayılması ilə əlaqədardır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.