Dünya

"Birdman" "Oskar"a yaxınlaşdı - VİDEO

26 Yanvar 2015 10:36
0 Şərh     Baxış: 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aleksandro Qonzalez İnarritunun "Birdman"i "Ən yaxşı film" seçilib

Los-Ancelesdə Amerika Prodüserlər Gildiyasının mükafatının təqdimetmə mərasimi keçirilib.

Anspress-in məlumatına görə, Aleksandro Qonzalez İnarritunun "Birdman"i "Ən yaxşı film" seçilib.

"Birdman" filmi qəfildən məşhurlaşan, sonra getdikcə yaddan çıxmağa başlayan Hollivud aktyorunun illər sonra yenidən özünü tapmağa, onu qarabaqara izləyən Bödmən obrazından yaxa qurtarmağa çalışması haqdadır.

Qeyd edək ki, prodüserlər Gildiyasının bir çox üzvləri həm də "Oskar" laureatlarının seçimində iştirak edirlər. Bu mükafatı udanlar bir çox hallarda "Oskar"ı da qazanırlar.

Son 7 ildə Amerika Prodüserlər Gildiyasının seçimi ilə "Oskar" mükafatının təsisçisi olan Amerika Kino Akademiyasının seçimi üst-üstə düşüb. Son 25 ildə isə analoji təsadüf 17 dəfə baş verib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.