Dünya

Diktator "qəfəs"dən çıxır

25 Yanvar 2015 14:14
0 Şərh     Baxış: 1 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın xarici ölkəyə ilk səfəri 2015-ci ilin aprelində baş tuta bilər.

Anspress-in məlumatına görə, onun vəzifəyə gələndən sonra ilk səfəri İndoneziyaya olacaq. KXDR liderinin apreldə İndoneziyaya gedəcəyi gözlənilir. Belə ki, aprelin 24-ü İndoneziyada Bundanq konfransının 60 illiyi münasibətilə tədbir keçiriləcək.

Məlumata görə, tədbirdə iştirak etmək üçün Şimali Koreya, Cənubi Koreya və bir sıra başqa Asiya və Afrika ölkələrinin rəhbərlərinə dəvətnamələr göndəriləcək.

Qeyd edək ki, Bundanq konfransı ilk dəfə 1955-ci ildə keçirilib. O zaman Şimali və Cənubi Koreya, SSRİ liderləri də daxil olmaqla bir neçə rəhbər konfransa buraxılmamışdı. Lakin 1965-ci ildə konfransın 10 illiyində Şimali Koreyanın o zamankı lideri Kim İr Sen iştirak etmişdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.