Dünya

Suriyada 6 uşaq öldürüldü

24 Yanvar 2015 17:26
0 Şərh     Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyada davam edən daxili münaqişələr zamanı indiyə qədər ölənlərin sayı 220 minə çatıb

Suriyanın paytaxtı Dəməşqdə mülki yaşayış məntəqəsi aviazərbələrə məruz qalıb.

ANS TV-nin məlumatına görə, hökumətə məxsus Hərbi Hava Qüvvələri üsyançıların mövqelərini atəşə tutub. Əməliyyatlar zamanı, yaşayış binaları da raketlərin hədəfinə tuş gəlib. Məscidin yaxınlığına düşən mərmilərdən biri cümə namazından çıxan azı 42 nəfərin ölümünə səbəb olub. Ölənlərdən 6-sı azyaşlı uşaqdır. Yaralıların əksiyyəti isə ağır vəziyyətdədir. Aviazərbələr nəticəsində yaxınlıqdakı binada yanğın başlayıb. Mərmilər ətrafdakı onlarla yaşayış binasına dağıdıcı zərər yetirib.

Suriyada davam edən daxili münaqişələr zamanı indiyə qədər ölənlərin sayı 220 minə çatıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.