Dünya

ABŞ-da daha bir polis əməkdaşı qətlə yetirildi

21 Dekabr 2014 22:08
0 Şərh     Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ-ın Tarpon Sprinqs şəhərində (Florida ştatı) polis əməkdaşı güllələnib. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, şübhəli şəxs saxlanılıb, təhqiqat aparılır. Yaxın vaxtlarda xüsusi mətbuat konfransı keçiriləcək.

Bildirilir ki, polisə atəş açandan sonra şübhəli şəxs nəqliyyat vasitəsində gizlənməyə cəhd edib.

Xatırladaq ki, bir gün öncə Nyu-Yorkda iki polis əməkdaşı qətlə yetirilmişdi. Qətldə İsmayıl Brinsli ad-soyadlı şəxs günahlandırılır. Onun bu yolla polis gülləsindən ölən afroamerikanlara görə qisas aldığı deyilir. Polisləri öldürdükdən sonra o, özünü başından güllələyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.