Dünya

"12-ci imam mənəm" deyib polisləri güllələdi

21 Dekabr 2014 17:56
0 Şərh     Baxış: 1 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrfan adlı şəxs "Gerçək Mehdi mənəm" deyib dəhşət saçdı

Türkiyədə bir kişi özünü 12-ci imam Mehdi elan edərək pəncərəsinin qarşısından keçən hər kəsə tüfənglə atəş açıb. Anspress-in məlumatına görə, açılan güllələr üç polis məmurunu yaralayıb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Bursada yaşayan İrfan adlı bu şəxs 3 mərtəbəli binanın zirzəmisindəki evinin pəncərəsində əlində tüfənglə dayanaraq ''İrana 'f' əlavə etsən İrfan olur. Gerçək Mehdi mənəm" deyə qışqırıb.
Vəziyyəti belə görən vətəndaşlar polisi məlumatlandırırlar. Hadisə yerinə gələn polis dəstəsi ərazini mühafizəyə alır.

Polisin xəbərdarlıqlarına fikir verməyən kişi könüllü olaraq binanın önünə gələn jurnalistlərə üzünü tutaraq belə deyib: "Əsl Mehdi mənəm. Bu gün 21 dekabrdır. Gecələrin bitib, gündüzlərin uzandığı bir gündür. İki uşağım var, məndən sonra da onlar vəzifələrini yerinə yetirəcəklər. Məni İranda gözləyirlər. İrana 'f' əlavə etsən, İrfan olur".

Kişi bu sözləri söylədikdən sonra jurnalistləri binanın önündən qovur və polislərə atəş açır. Üç polis məmuru yaralanıb.

Məmurlardan ikisinə hadisə yerinə çağırılmış təcili yardım həkimləri tərəfindən ilkin yardım göstərildi. Ayağından yüngül yaralanan digər polis isə yaxınlıqdakı xəstəxanaya aparıldı.

Kişinin evdə həyat yoldaşı və uşaqlarından birinin olduğu öyrənildikdən sonra isə polislər onu sakitləşdirməkdə daha da çətinlik çəkdilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.