Dünya

Ermənilər arasında kütləvi dava: ölən var

21 Dekabr 2014 16:33
0 Şərh     Baxış: 1 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

3 nəfər ciddi bıçaq xəsarəti alıb və onlardan biri ölüb

İspaniyanın Barselona şəhərindəki kafelərinin birində ermənilər arasında kütləvi dava düşüb.

Milli.Az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dava Ermənistanın İspaniyadakı səfirliyinin iki həftədən bir bu şəhərdə həmvətənləri ilə keçirdiyi növbəti görüş zamanı baş verib.

Davaya görüş üçün növbəyə dayananlar arasında yaranan narazılıq səbəb olub.

İnsident nəticəsində 3 nəfər ciddi bıçaq xəsarəti alıb və onlardan biri dünən gecə ölüb.

Yerli polis davada iştirak edənləri nəzarət altına götürüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.