Dünya

Misli görülməmiş vəhşilik: ana 7 övladını öldürdü

21 Dekabr 2014 15:03
0 Şərh     Baxış: 4 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliya polisi səkkiz uşağın qətlində şübhəli bilinən qadına qarşı ittiham irəli sürüb

Avstraliya polisi 37 yaşlı qadını səkkiz uşağın qətlində ittiham edir. Anspress-in məlumatına görə, sözügedən qadın 19 dekabrda həlak olmuş uşaqlarla birlikdə eyni evdə aşkarlanmışdı.

Öldürülmüş uşaqlar 2-14 yaş arasındadır. Onların hamısının bədənində bıçaq yaralarının olmasına baxmayaraq, qətlin səbəbi hələ tam aydınlaşdırılmayıb. Sözügedən qadın bu uşaqlardan yeddisinin anasıdır, digər uşaq isə onun qohumudur.

Boynunda və sinəsində bıçaq yaraları olan qadın xəstəxanaya yerləşdirildikdən sonra polis tərəfindən qətldə şübhəli bilinərək saxlanılıb.

Hazırda nəzarət altında olan qadın polis tərəfindən dindirilir. Hüquq-mühafizə orqanları hələlik qətlin səbəbləri barədə məlumat vermirlər. Yerli KİV-lərin yaydığı məlumata əsasən, həkimlər qadının qanının tərkibində narkotik maddələrin mövcudluğunu araşdırırlar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.