Dünya

Bağdadda bir gündə 4 partlayış: 10 ölü, 30 yaralı

21 Dekabr 2014 09:01
0 Şərh     Baxış: 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İraqın paytaxtı Bağdad şəhərində dekabrın 20-də törədilmiş silsilə partlayışlar nəticəsində 10 nəfər ölüb, 30 nəfər yaralanıb.

APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, partlayışlardan biri Madayn yaşayış məntəqəsində, ticarət obyektlərinin yerləşdiyi küçədə törədilib. Nəticədə 4 nəfər ölüb, 9 nəfər yaralanıb. Paytaxtın Taci qəsəbəsində mağaza qarşısında törədilmiş partlayış nəticəsində 3 nəfər ölüb, 11 nəfər isə yaralanıb. Daha bir partlayış Bağdadın ətrafında yolda, hərbi avtomobil keçən an törədilib. Nəticədə 3 hərbçi həlak olub, 6 nəfər isə yaralanıb. Dördüncü partlayış Bağdadın mərkəzində çörək sexində törədilib, 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.