Dünya

Rusiyada erməni 27 yaşlı rus qızın boğazını kəsdi

20 Dekabr 2014 17:39
0 Şərh     Baxış: 1 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiyanın Sankt-Peterburq şəhərinin polisləri şəhər parkında qadını qətlə yetirməkdə şübhəli bilinən qafqazlını saxlayıblar.

Anspress-in məlumatına görə, cinayətkar zərərçəkmişin boğazını qayıq stansiyasının yaxınlığında kəsib.

Novosibirsk sakini olan 48 yaşlı ermənistanlı Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilib. Onu 15 il həbs gözləyir.

İstintaq materiallarında bildirilir ki, qətl 16 dekabr 2014-cü ildə, gecə saat 22 radələrində Kirov adına Mədəniyyət və İstirahət parkında törədilib.

Qayıq dayanacağının yaxınlığında dayanan qatil 27 yaşlı sevgilisi ilə mübahisə etməyə başlayıb. Erməni kişi qısqanclıq zəminində yaranan mübahisənin nəticəsində Novosibirsk sakininin boğazına bıçaq zərbəsi endirib. Zərərçəkmiş hadisə yerində keçinib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.