Dünya

Məşhur müğənninin adı qadın alverində

20 Dekabr 2014 16:35
0 Şərh     Baxış: 2 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Məşhur müğənni Sərdar Ortac təhqir olunub. Müğənninin sosial şəbəkədə qadın ticarəti ilə məşğul olduğu yazılıb.

Anspress-in məlumatına görə, Sərdar Ortac sosial şəbəkə "Twitter"də onu təhqir edən şəxsi bağışlamayıb. Belə ki, müğənni həmin şəxsdən şikayət edib.

Yeni ailə quran müğənni "sanki müğənniliklə yox, qadın ticarəti ilə məşğul olur" yazan istifadəçinin həbsini istəyib.

Prokurorluq isə Sərdar Ortacı haqlı hesab edərək onun müraciətini qəbul edib və həmin şəxsin 2 il həbsi tələbi ilə iddia qaldırıb.

Qeyd edək ki, Sərdar Ortac hazırda özündən 21 yaş kiçik irlandiyalı model Xlo Loqanla evlidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.