Dünya

"Ebola virusunu Qərb ölkələri yayır"

20 Dekabr 2014 13:09
0 Şərh     Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb ölkələri elmi nailiyyətlərdən sui-istifadə edərək müxtəlif xəstəlikləri, o cümlədən Ebola, donuz qripi, quş qripi kimi virusları dünyada yayırlar. Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) komandirinin müavini Hüseyn Salami deyib.
 

Trend-in Fars agentliyinə istinadən məlumatına görə, H.Salami bildirib ki, Qərb ölkələri bioloji silahlar istehsal etməklə, müxtəlif növ xəstəliklər yaymaqla dünya ictimaiyyətinə ziyan vururlar.

O, öz iddası ilə bağlı heç bir dəlil göstərməyib.
 

Beynəlxalq KİV-lərin məlumatına görə, indiyədək Avropa İttifaqı Ebola ilə mübarizə üçün bir milyard dollar vəsait ayırıb. ABŞ Konqresi də Ebola ilə mübarizə üçün 750 milyon dollar vəsait ayırıb. ABŞ prezidenti Barak Obama Konqresdən Ebola ilə mübarizə üçün daha 6 milyard dollar ayrılmasını istəyib.

Qeyd edək ki, Qərbi Afrikanın üç ölkəsində - Qvineya, Liberiya və Syerra-Leonedə üç gün ərzində Ebola virusundan ölənlərin sayı 6331 nəfərə çatıb. Ebola virusuna yoluxanların sayı isə 17 min 800 nəfərdir.
 

Ən ağır vəziyyət Liberiyada yaranıb - 7 min 719 nəfər xəstələnib və 3 min 177 nəfər ölüb. Sonra gəlir Syerra Leone (7 min 798 və 1 min 742) və Qvineya (2 min 283 və 1 min 412).

Mütəxəssisləri xüsusilə Syerra-Leonedə xəstəliyin yayılma sürəti narahat edir. Yoluxanların sayına görə bu ölkə ilk dəfə Liberiyanı ötüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.