Dünya

Putin milyarderləri "silkələdi" - FOTO

20 Dekabr 2014 11:22
1 Şərh     Baxış: 1 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiya prezidenti Vladimir Putinin ölkədəki iş adamları ilə görüşü keçirilib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, görüş Kremldə baş tutub.

İki saata yaxın davam edən görüşdə 41 iri şirkətin nümayəndəsi iştirak edib. Onların arasında Roman Abramoviç, "Lukoyl"ın prezidenti Vahid Ələkbərov kimi iş adamları da olub.

Danışıqlarda ölkədəki iqtisadi vəziyyət müzakirə edilib. Əsas müzakirə mövzusu kapitalın amnistiyası və iqtisadiyyatının diversifikasiyası məsələləri, maliyyə böhranından çıxış yolları olub.

Söhbət zamanı Putin dövlətin iş adamları ilə sıx əlaqədə olacağını deyib.

Görüş haqqında daha ətraflı məlumat yayılmayıb. Biznesmenlər də hələlik heç bir şərh verməyiblər.
Ancaq onların sarayı gecə saatlarında tərk etdikləri vurğulanıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.