Dünya

Gonbullar əlil hüququ aldılar

20 Dekabr 2014 10:35
0 Şərh     Baxış: 1 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bundan sonra Avropada artıq çəkidən əziyyət çəkənlər əlillərlə eyni hüquqa malik olacaqlar. Milli.Az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, Avropa məhkəməsi belə bir qərar qəbul edib. Qərarın icrası bütün Avropa Birliyi ölkələri üçün məcburi olacaq.

Belə bir qərarın qəbul edilməsi üçün danimarkalı Karsten Kaltorun müraciəti əsas olub. Uşaq bağçasında tərbiyəçi işində çalışan Kaltorun çəkisi 160 kq-dır. Uşaqların ayaqqabılarını bağlaya bilmədiyi üçün işdən qovulmuşdu. Qadın işdən çıxarılmasını artıq çəkiyə görə diskriminasiya hesab edərək məhkəməyə müraciət edib. Avropa İnsan hüquqları məhkəməsi isə onun iddiasını təmin edib.

Bundan sonra Avropada artıq çəkidən əziyyət çəkənlər əlil statusu alacaqlar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.