Dünya

Öldürülən məktəblilərin qisası alınır - FOTO

20 Dekabr 2014 12:16
0 Şərh     Baxış: 1 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Pakistanın Pişəvər şəhərindəki hərbi kollecə "Təhrike Taliban" hərəkatının yaraqlılarının hücumu nəticəsində qətlə yetirilmiş 132 şagirdin qisası alınır.

Pakistan ordusu "Taliban"a qarşı əməliyyatların miqyasını genişləndirib.
 

Milli.Az AsiaOne-a istinadən bildirir ki, Heybər vilayətində aparılmış əməliyyatlar nəticəsində 77 talib öldürülüb. Onların arasında Pişəvərdəki kollecə hücumu hazırlayan 10 nəfər də var.
 

Daha 32 talib isə Əfqanıstanla sərhəddə olan Tirah bölgəsindəki əməliyyatda öldürülüb.
 

Pakistanın Quru Qoşunlarının qərargah rəisi general Rahel Şərif Heybərə yollanaraq əməliyyatlara birbaşa rəhbərlik edir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.