Dünya

Qəzzaya raketi kim atdı? - FOTO

20 Dekabr 2014 09:43
1 Şərh     Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İsrail ordusuna məxsus hərbi təyyarələrin Qəzzanı raket atəşinə tutduğu bildirilir.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, İsrailin hərbi təyyarələri avqust ayında elan edilən atəşkəsdən sonra Qəzzaya ilk hava hücumunu reallaşdırıb.

Fələstinin İsrailə raket atmasından sonra qarşı tərəfə məxsus hərbi təyyarələr Qəzzanın cənubundakı Xan Yunusa iki hava hücumu həyata keçirib. Qəzza səhiyyə nazirliyi verdiyi açıqlamada, hücum zamanı heç kimin xəsarət almadığı, raketin boş bir əraziyə düşdüyü qeyd edilir. Hadisə şahidləri tərəfindən yaxınlıqda yerləşən evlərə gedən elektrik xəttinə zərər dəydiyi deyilir.

Hücumdan sonra İsrail ordusu açıqlama yayıb və hücumu "Həmas" təşkilatının üzərinə atıb.

Xatırladaq ki, İsrailin Qəzzada 51 gün davam edən əməliyyatlarında çoxu dinc sakin olan 2142 fələstinli öldürülmüş, 11 min 100 nəfəri isə yaralanmışdı. İsrail tərəfdən isə 69 nəfərin öldüyü bildirilir.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.