Dünya

Pakistan qisas əməliyyatına başladı: 58 ölü!

19 Dekabr 2014 23:14
1 Şərh     Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Pakistanda "Taliban" qruplaşmasının Pişəvərdəki məktəbə hücumundan və 149 insanı öldürdükdən sonra qisas əməliyyatına start verilib.

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, hakimiyyətin açıqlamasaında bildirilir ki, əməliyyat nəticəsində aviasiya və quru qoşunları 58 yaraqlını məhv ediblər.

Pakistanda matəmin üçüncü günü təhlükəsizlik qüvvələri Əfqanıstanla sərhəddə yaxın olan Heybər ərazisində əməliyyat keçirib. Bu zaman ən azı 50 yaraqlı məhv edilib. Daha 8 yaraqlı Balucistan əyalətində öldürülüb. Onlardan biri "Taliban"ın komandiri olub.

Qeyd edək ki, Pişəvər məktəbində kütləvi qətllər bütün dünyanı sarsıdıb. Ölkənin baş naziri Nəvaz Şərif ölüm hökmü üzərində danışıqlara son qoyulduğunu deyib.

Həbsdə olan 6 terrorçunun ölüm hökmü imzalanıb. Ordu onların adlarını açıqlamır. Onların adının edamlarından sonra açıqlanacağı bildirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.