Dünya

Belarusun Nümayəndələr Palatası Ermənistanın Aİİ-yə qoşulmasına dair müqaviləni paraflayıb

19 Dekabr 2014 15:56
0 Şərh     Baxış: 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belarus parlamentinin Nümayəndələr Palatası Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasına dair müqaviləni paraflayıb.

Trend xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Müqavilə Ermənistan, Belarus, Qazaxıstan və Rusiya prezidentləri tərəfindən 2014-cü il oktyabrın 10-da Minskdə imzalanıb. Bununla yanaşı "üçlük" ölkələri Ermənistan üçün keçid dövrü barədə razılığa gəliblər. Həmin dövrdə bir sıra Ermənistan mallarına dərəcələri Aİİ-nin vahid gömrük tariflərindən fərqlənən gömrük rüsumları tətbiq ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.