Dünya

Rusiyanın aparıcı taxıl ixracatçıları satınalmaları dayandırdılar

19 Dekabr 2014 14:57
0 Şərh     Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın aparıcı taxıl ixracatçıları, Kənd Təsərrüfatı İxracatçıları Milli Assosiasiyasının üzvləri daxili bazarda vəziyyət sabitləşənə kimi ixrac üçün satınalmaları dayandırıblar. Trend "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Assosiasiyasının bəyanatında deyilir.
 

Sənəddə qeyd edilir ki, assosiasiya üzvləri daxili taxıl bazarındakı vəziyyətlə bağlı hökumətin narahatlığını bölüşür: "Yaranmış vəziyyəti və ixracatçılardan asılı olmayan, ixrac müqavilələrinin sonrakı icrasının mümkün olmadığı obyektiv səbəbləri, həmçinin vətəndaş şüuru və məsuliyyətini nəzərə alaraq, Milli Assosiasiyanın üzvləri taxıl təminatı və daxili bazarda onun qiymətləri ilə bağlı vəziyyət sabitləşənə qədər ixrac üçün satınalmaları dayandırdıqlarını bəyan edirlər".
 

Assosiasiya üzvləri bütün rusiyalı ixracatçıları aksiyaya qoşulmağa çağırıblar. Onların sözlərinə görə, Rusiya taxılına ixrac məhdudiyyətləri yalnız Türkiyəyə, Misirə, Ermənistana və Hindistana göndərilən taxıla sertifikatlar verən "Rosselxoznadzor"un hərəkətlərindən sonra başlayıb. Daha sonra Rusiya Dəmir Yollarının bütün yükalanların ünvanına taxıl ixracına məhdudiyyətlər tətbiq etdiyi teleqramı çıxdı.

Dəmiryolçular daşınmaların adresatları tərəfindən "taxıl vaqonlarının boşaldılması və qəbulunun təmin edilmədiyini" əsas gətirirlər. Məhdudiyyət qeyri-müəyyən müddətə tətbiq edilib.
 

Bu arada, Rusiya Baş nazirinin müavini Arkadi Dvorkoviçin bir sıra iri taxıl şirkətlərinin nümayəndələri ilə çərşənbə günü keçirdiyi görüşdə bəyan edilib ki, taxıl idxalına qadağa de-yure mövcud deyil, lakin iki-üç həftə ərzində taxıl bazarında vəziyyət dəyişməzsə, belə ölçülər tətbiq edilə bilər.
 

Baş nazirin müavininin mətbuat katibi Aliya Samiqullina "İnterfaks"a bildirib: "Hökumətin cari vəzifəsi daxili bazarda taxıla təklifi artırmaqdır".
 

Bundan əvvəl bildirilmişdi ki, bu il ölkədə dənli bitkilərdən ən yüksək səviyyədə məhsul toplanmasına baxmayaraq, Rusiyada buğdanın qiyməti mövsüm ərzində rublla ifadədə 50 faiz artıb. Вununla əlaqədar artıq analitiklər tezliklə çörəyin qiymətinin 190 faiz bahalaşacağından xəbər verirlər. Buna baxmayaraq, dünya bazarında qiymətlə bağlı vəziyyət nisbətən sabit olaraq qalır.
 

Rusiyanın ixracı azaldacağı qorxusu ilə cümə axşamı dünya bazarlarında buğdanın qiyməti 29 həftə ərzində maksimum həddə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.