Dünya

Ata sevgilisini zorlayan oğlunu öldürdü

19 Dekabr 2014 13:30
1 Şərh     Baxış: 4 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ata oğlundan yatdığı yerdə intiqam aldı
Türkiyənin İstanbul şəhərində dəhşətli cinayət baş verib.

Anspress-in məlumatına görə, Ənvər Avçı adlı kişi sevgilisini zorlayan 26 yaşlı oğlunu öldürüb.

Hadisə 26 yaşlı Doğan Avçının kirayədə qaldığı evdə baş verib. Ata oğlunu öldürdükdən sonra sevgilisini də götürərək hadisə yerindən qaçıb.

Bir neçə gün sonra isə Ənvər Avçı polisə zəng vuraraq oğlunu öldürdüyünü bildirib. Kişi gizləndiyi ünvanı polisə bildirib.

Polisə təslim olan Ənvər Avçı verdiyi ifadədə bildirib ki, əsəblərini cilovlaya bilmədiyi üçün oğlunu yuxuda öldürüb.

"Bərabər yaşadığım qadınla oğlumun evinə gəldik. Mən evdə olmayanda oğlum Doğan sevgilimi zorlayıb. Daha sonra onu şantaj edərək, bir neçə dəfə cinsi əlaqədə olub. Sevgilim bu barədə mənə danışanda əsəbləşdim. Özümü ələ ala bilmədim. Həmin vaxt oğlum yatırdı. Əlimə bərk əşya götürüb onun başına bir neçə dəfə möhkəm zərbə endirdim. Heç yuxudan ayılmadı. Onun öldüyünü biləndə evdən qaçdıq", - Ənvər Avçı bildirib.

Polis evdə qətlə yetirilən gəncin çürümüş meyitini tapıb.

Cinayətkar ata saxlanılaraq məhkəməyə təhvil verilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.