Dünya

Saxta alkoqoldan 53 nəfər öldü

19 Dekabr 2014 12:17
0 Şərh     Baxış: 1 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İranın Ədliyyə Tibbi Ekspertiza Təşkilatı bəyan edib ki, cari ilin ilk yeddi ayı ərzində (İranda il mart ayında dəyişir) 53 nəfər saxta alkoqoldan istifadə etdiyi üçün dünyasını dəyişib
Trend-in İRNA agentliyinə istinadən verdiyi məlumata görə, İranın Ədliyyə Tibbi Ekspertiza Təşkilatının laboratoriyalar üzrə şöbəsinin sədri Kambiz Sultani deyib ki, ötən illə müqayisədə bu rəqəm 31 faiz azalıb: "Ölkədə saxta alkoqoldan istifadə zamanı metanoldan zəhərlənmələr baş verir, bu da insanların sağlamlığına zərər vurur, hətta ölümünə səbəb olur. Ev şəraitində hazırlanan spirtli içkilərdə etanol əvəzinə metanoldan istifadə olunur".

İranda alkoqol aludəçilərinin dəqiq statistikası yoxdur. Lakin ötən ay İran parlamentinin səhiyyə məsələləri üzrə komissiyasının sədr müavini Həsən Təmini İRNA-ya açıqlamasında deyib ki, ölkədə alkoqoldan istifadə halları artıb və 200 milyon litrdən çox müxtəlif növ spirtli içki istifadə olunur. İran KİV-nin məlumatına görə, hazırda bu ölkədə 1 milyon nəfərdən çox alkoqol istifadəçisi var. Onların 30 faizi qadındır.

İranda 1979-cu il İslam İnqilabından sonra spirtli içkilərin alışı, satışı və istifadəsi qadağan olunub. İran qanunvericiliyində bu hallarla bağlı 6 aydan - 1 ilədək həbs cəzası, 74 zərbə şallaq və cərimə cəzası tətbiq olunur. Alkoqol içilməsinə görə isə 80 zərbə şallaq cəzası tətbiq olunur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.