Dünya

Putin erməniləri qorxutdu

19 Dekabr 2014 11:57
0 Şərh     Baxış: 1 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiya Prezidenti Putinin sözləri Ermənistanda qorxu doğurub
İlin yekunları ilə bağlı dünən mətbuat konfransı keçirən Vladimir Putinin Gümrüdəki hərbi bazanın adını çəkməməsi Ermənistanda narahatlıq doğurub.

Anspress-in məlumatına görə, jurnalistlərin suallarına cavab verən Rusiya prezidenti ölkəsinin xaricdə yalnız iki hərbi bazasının olduğunu vurğulayıb. Rusiya və Amerika arasında "soyuq müharibə" başlaması barədə suala cavab verən Vladimir Putin həmin bazaların yalnız Qırğızıstanda və Tacikistanda olduğunu deyib.

"ABŞ-ın bazaları Avropada nə edir? NATO-nun infrastrukturunu bizim üstümüzə kim yeridir? Bizlə dialoqa girirlərmi? Yox!", - deyə Vladimir Putin bildirib.

Erməni mətbuatı bu ifadələrdən çox narahat olub. Jurnalistlər məsələ ilə bağlı iki versiya irəli sürüblər. Bəziləri Rusiyanın Ermənistandakı 102-ci hərbi bazanı ləğv edəcəyini düşünür. Yəni maliyyə problemləri ilə üzləşən Rusiya xərcləri azaltmaq üçün Ermənistandakı hərbi bazanı ləğv edə bilər.

İkinci qrup isə düşünür ki, vəziyyət tamamilə fərqlidir və Rusiya artıq Ermənistanı öz ərazisi sayır. Belə düşünənlər ehtimal edirlər ki, Abxaziya və Osetiya kimi tanınmamış ölkələr kimi Ermənistanın da Rusiya Federasiyasına daxil olmasına çox qalmayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.