Dünya

13 yaşlı "canlı bomba" - FOTO

19 Dekabr 2014 11:05
0 Şərh     Baxış: 1 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O, 45 gün boyunca Əfqanıstandan xaricdə sui-qəsdlə bağlı təlimlər keçib

Əfqanıstanın Kəşiyyat İdarəsi (NDS) paytaxt Kabildə 13 yaşlı bir sui-qəsdçinin yaxalanması barədə xəbər yayıb.

Anspress-in məlumatına görə, Əfqanıstanın paytaxtı Kabilin Hoşal Xan bölgəsində Bilal adlı 13 yaşlı oğlan onu təlimatlandıran şəxslə birlikdə xüsusi təyinatlı qrup tərəfindən zərərsizləşdirilib. Onların paytaxt Kabilin insanların sıx olduğu yerlərindən birində bombalı sui-qəsd planı hazırladıqları öyrənilib.

13 yaşlı "canlı bomba" ilk dindirilmədə günahını etiraf edib.

NDS yaydığı açıqlamada bildirib ki, Bilal adlı həmin oğlan 45 gün boyunca Əfqanıstandan xaricdə sui-qəsdlə bağlı təlimlər keçib.

Qeyd edək ki, kəşfiyyat idarəsi onun kimlər tərəfindən idarə edildiyi, harada təlim aldığı və məqsədinin nə olduğu barədə ətraflı məlumat verməyib.

Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.