Dünya

Quantanamo bağlanır?

20 Dekabr 2014 08:59
0 Şərh     Baxış: 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ prezidenti Barak Obama Quantanamodakı həbsxananı bağlamaq üçün konqresi yenidən çağırıb, baxmayaraq ki, bu cür hərəkətləri de-fakto qadağan edən qanun imzalayıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə xəbər verir.

"Quantanamodakı həbsxananın işləməsi bizim milli təhlükəsizliyimizi sarsıdır. Biz onu bağlamalıyıq. Amerika tarixində bu fəsli bağlamaq üçün mən hər iki partiya üzvlərini (konqresin) bizimlə işləməyə çağırıram", - Obama deyib.

Qanunun bir sıra müddəaları həbsxananı müstəqil bağlamaq üçün prezidenti imkanlardan məhrum edir.

"Quantanamo artıq 13 ildir ki, açıqdır və hər il Amerika xalqına yüzlərlə milyon dollara başa gələrək Amerikanı dünyada nüfuzdan salır", - Obama bəyan edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.