Dünya

48 saata 8,65 milyard dollar ziyan

19 Dekabr 2014 09:13
0 Şərh     Baxış: 1 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rus rublunun dollar və avro qarşısında dəyərinin itirməsi rusiyalı oliqarxlardan da yan keçməyib.

Apasport.az saytının məlumatına görə, sözügedən ölkənin milyarderləri son 48 saat ərzində 8,65 milyard dollar ziyana düşüb.

Bunlar arasında Avropanın nəhəng futbol klublarına rəhbərlik edən milyarderlər də var. Siyahıda "Çelsi"yə rəhbərlik edən Roman Abramoviç, "Monako"nun sahibi Dmitri Rıbolovlev və İngiltərə "Arsenal"ının ortaqlarından olan Alişer Usmanovun da adları yer alıb. Maliyyə böhranı bu 3 biznesmendən ən çox Usmanova ziyan vurub.

809 milyon dollar itirən Alişerin cəmi 13,4 milyard dollar varidatı qalıb. İkinci Abramoviç (449,5 milyon dollar itirib - 12,8 milyard dollar varidat) və üçüncü isə Rıbolovlevdi ki, böhranın pəncəsinə "keçib". O, 150,1 milyon dollar ziyana düşərək, cəmi 9,8 milyard dollar varidata sahibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.