Dünya

8 uşağı bıçaqlayıb evin içinə atdılar - YENİLƏNİB

19 Dekabr 2014 09:46
0 Şərh     Baxış: 1 417
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
09:46

Avstraliyada bıçaqlanaraq öldürülmüş 8 nəfər uşağın cəsədi tapılıb. Milli.Az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, hadisə Manoore şəhərində baş verib.

Fövqəladə xidmət əməkdaşları uşaqların cəsədlərini evlərdən birinin içində aşkarlayıblar. Elə həmin evdə sinəsindən yara almış 34 yaşlı qadın da olub.

Öldürülən uşaqların ən kiçiyi 18 aylıq, ən böyüyü isə 15 yaşlı olub.

---------
08:57

Avstraliyanın Kerns şəhərindəki evlərin birində qətlə yetirilmiş 8 uşağın meyiti aşkarlanıb.

APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, Mürrey strit küşəsində yerləşən evdə öldürülənlərin hamısı soyuq silahla qətlə yetirilib. ABC telekanalı öldürülən uşaqların 1,5 - 15 yaşlarında olduğunu bildirib. Qətlə yetirilən uşaqların bacı-qardaş olduğu qeyd olunub. Hadisə yerində üzərində çoxsaylı bıçaq xəsarətləri olan yaralı qadın aşkarlanıb. Qadın dərhal xəstəxanaya çatdırılıb.

Polis hadisə yerinə yaralı qadının zəngi əsasında saat 04.20-də cəlb olunub. Ağır vəziyyətdə olmasına baxmayaraq qadının artıq polisə lazımi ifadə verdiyi qeyd olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.