Dünya

Putin: "Rusiya və Türkiyənin üst-üstə düşən regional maraqları çoxdur"

18 Dekabr 2014 16:28
1 Şərh     Baxış: 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiya və Türkiyənin üst-üstə düşən xeyli regional maraqları var və Türkiyənin iştirakı olmadan bu məsələləri həll etmək mümkün deyil.

Trend xəbər verir ki, bunu cümə axşamı Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya Türkiyə ilə münasibətlərə maraq göstərir və Moskva bu münasibətləri inkişaf etdirəcək.

Kipr məsələsinə toxunan RF prezidenti qeyd edib ki, Moskva balanslaşdırılmış mövqe tutmağa və adanın həm Türkiyə, həm də yunan tərəfini qane edə biləcək həll yolunu tapmağa çalışır: "Bizim Türkiyə ilə çox səmimi münasibətlərimiz var. Biz həmişə olduğu kimi, məsələnin balanslaşdırılmış həlli üçün səy göstərəcəyik".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.