Dünya

Putinin çıxışına bazarın cavabı gecikmədi

18 Dekabr 2014 15:33
0 Şərh     Baxış: 1 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransı başladıqdan sonra ölkədə dollar və avronun kursu yenidən yüksəlməyə başlayıb.

APA-nın "rbc.ru" saytına istinadən verdiyi xəbərə görə, V. Putin rublun öz itirdiyi mövqeləri bərpa edəcəyinə və son iki gündə müşahidə olunan yüksəlmə meylini davam etdirəcəyinə ümid etdiyini söyləyib. Lakin maliyyə bazarının bu sözlərə reaksiyası müsbət olmayıb.

Moskva birjasında dollar təxminən 4 rubl bahalaşaraq 63 rublu, avro isə 5 rubl bahalaşaraq 78 rublu ötüb. Rublun kursunda dalğalanma davam edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.