Dünya

Putindən Sobçakın Kadırovla bağlı sualına CAVAB

18 Dekabr 2014 15:26
0 Şərh     Baxış: 1 241
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiyada hamı qanunlara hörmət etməlidir. Məhkəmənin qərarı olmadan heç kim günahkar elan edilə bilməz. Lakin bu, heç kimə, o cümlədən Çeçenistan rəhbərinə icazə vermir ki, belə danışsın"

APA-nın məlumatına görə, bu sözləri Moskvada keçirdiyi ənənəvi brifinqdə Rusiya prezidenti Vladimir Putin "Dojd" telekanalının müxbiri Kseniya Sobçakın "Ramzan Kadırov bəyan edib ki, Çeçenistan ərazisində Rusiya qanunları işləmir. O deyib ki, terror aktlarında iştirak edənlərin qohumları cəzalandırılacaq. Siz bu insanları müdafiə edəcəksinizmi?" sualına cavabında deyib.

Çeçenistan rəhbəri R. Kadırovun emosional çıxışını başa düşdüyünü deyən Rusiya prezidenti çeçen cəmiyyətinin ondan məhz bunu gözlədiyini vurğulayıb.

Bununla yanaşı V.Putin Kadırovun belə danışmağa haqqının olmadığını deyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.