Dünya

Putin Rusiyanın iqtisadi böhrandan çıxacağı vaxtı açıqladı

18 Dekabr 2014 13:48
0 Şərh     Baxış: 4 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiyaya böhrandan çıxmaq üçün ən pis halda iki il vaxt lazım olacaq. Trend-in cümə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin sayca onuncu böyük mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya iqtisadiyyatındakı hazırkı vəziyyət hər şeydən əvvəl xarici amillərlə əlaqəlidir.

V.Putin, həmçinin ümid etdiyini bildirib ki, xarici valyutaların məzənnələrinin azalması və rublun möhkəmlənməsi tendensiyası qorunacaq: "Ölkə iqtisadiyyatında vəziyyət pisləşsə, planlarda düzəlişlər etmək lazım olacaq".

Prezident əlavə edib ki, Rusiyanın 8,4 trilyon rubl həcmində olan ehtiyatları bütün sosial öhdəlikləri icra etməyə imkan verəcək.

Onun sözlərinə əsasən, böhran vəziyyətinin həll edilməsi zamanı Mərkəzi Bank və hökumətin fəaliyyəti kollektiv və düşünülmüş, lakin bir-birinin səlahiyyətinə müdaxilə etmədən olmalıdır: "Bununla yanaşı, benzin və qida məhsullarının qiymətlərinin artmasına nəzarət etmək, hər gün istehsalçılarla görüşmək lazımdır".

Xarici əlaqələrə gəlincə, Putin bildirib: "Tərəfdaşlarımız qərara gəliblər ki, onlar imperiyadır, qalanları isə sıxışdırılmalı olan vassallardır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.