Dünya

Türkiyənin qərbində avtobus aşıb, xəsarət alanlar var

18 Dekabr 2014 11:59
0 Şərh     Baxış: 486
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin qərbində yerləşən Uşak vilayətində içərisində işçilərin olduğu avtobus aşıb

Nəticədə 17 nəfər ağır xəsarətlər alıb.

Trend xəbər verir ki, bu barədə cümə axşamı "Haber7" telekanalı məlumat yayıb.

Avtobus sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

Xəsarət alanların hamısı yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Onların hamısı Türkiyə vətəndaşlarıdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.