Dünya

Neft ucuzlaşmaqda davam edir

27 Noyabr 2014 23:47
0 Şərh     Baxış: 1 343
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
OPEC-dən xəbər gözləyən bazarda qiymətlər aşağı düşür

Sərmayədarların Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) iclası fonunda üzv ölkələrdən ilkin açıqlamalar gözləməsi nəticəsində neftin qiymətində kəskin düşüş müşahidə olunub.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Bakı vaxtı ilə saat 17:00-da Brent markalı neftin qiyməti 2,26 dollar ucuzlaşıb. Həmin saata qədər bir barel neftin qiyməti 76,03 dollar olub.

Qeyd edək ki, cümə axşamı səhər neft qiymətləri 2010-cu ilin sentyabrındakı 4 illik minimumunu qıraraq barelinə 75,64 dollara çatmışdı. WTI markalı neftin yanvar fyuçerslərinin qiyməti isə 2,1 dəfə düşərək barelinə 72,17 dollara çatıb.

Hazırda Vyanada OPEC üzv ölkələrinin 166-cı iclası keçirilir. Üzv ölkələr neftin hasilatının azaldılması və ya digər iqtisadi çıxış yolu tapılması arasında seçim etməli olacaqlar. Nazirlər dünya neft bazarında son vəziyyəti krizis kimi qiymətləndirməyərək və bazarın bundan da aşağı qiymətlər yaşadığını irəli sürərək sərmayədarları sakit olmağa çağırırlar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.